Nəhəng asteroid Yerə yaxınlaşır - NASA-dan xəbərdarlıq

Avqustun 9-da "173 561 (2000 YV137)" kodlu potensial təhlükəli asteroid Yerin yaxınlığından keçəcək.

Konsensus.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) məlumat yayıb.

Agentliyin hesablamalarına görə, nəhəng kosmik cismin uzunluğu təxminən 756 metr təşkil edir. Asteroidin planetimizlə minimal məsafəsi isə 5 milyon kilometrdən çox olacaq.

Məlumat üçün bildirilsin ki, NASA-nın standartlarına əsasən, Yerə 7.5 milyon kilometrdən daha az məsafədə yaxınlaşan və diametri 150 metrdən böyük olan bütün asteroidlər "potensial təhlükəli" kateqoriyasına daxil edilir. "173 561 (2000 YV137)" asteroidi də bu meyarların hər ikisinə tam cavab verir.

02.08.2026 21:45