Ən-Nəsr Səudiyyə Ərəbistanı çempionu oldu

Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu 34-cü turunun qarşılaşmasında "Ən-Nəsr" öz meydanında "Damak"ı 4:1 hesabı ilə məğlub edib. "Ən-Nəsr" ölkə çempionu adını qazanıb.

Konsensus.az xəbər verir ki, ev sahiblərinə çempionluğu gətirən qolları Sadio Mane, Kinqsli Koman və Kriştianu Ronaldu (dubl) vurublar. Bununla da portuqaliyalı hücumçu peşəkar karyerasında vurduğu qolların sayını 973-ə çatdırıb.

21.05.2026 18:55