
Neft qiymətlərində enmələr və qalxmalar qlobal bazarda aydın müşahidə olunmağa başlayıb.
Konsensus.az-ın məlumatına görə belə ki, Bakı vaxtı ilə saat 09:17-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.55 dollar (0.52%) artaraq bir barel üçün 105.57 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neftin qiyməti 6.26 dollar (5.63%) azalaraq bir barel üçün 105.02 dollara düşmüşdü.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.63 dollar (0.64%) artaraq bir barel üçün 98.89 dollara çatıb. Əvvəlki sessiyada WTI markalı xam neft 5.89 dollar (5.66%) ucuzlaşaraq bir barel üçün 104.15 dollar olmuşdu. ("İnterfaks")