
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə yeni Konstitusiyanın qəbul edilməsi məqsədilə növbədənkənar parlament seçkisinin keçirilməsi ehtimalının istisna olunmadığını bildirib.
Konsensus.az xəbər verir ki, Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir Bişkekdə keçirilən görüş zamanı bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də müzakirə etdiyini diqqətə çatdırıb.
"Əgər biz hər bir halda Konstitusiyanı dəyişiriksə və bu, hökumət proqramımızın bir hissəsidirsə, onda niyə xoş olanı faydalı olanla birləşdirməyək? Biz bu yolla getməli və yeni Konstitusiya qəbul etməliyik", – deyə N.Paşinyan vurğulayıb.
N. Paşinyanın sözlərinə görə, yakın vaxtlarda yeni Konstitusiya layihəsi ictimaiyyətə dərc olunaraq parlamentin müzakirəsinə veriləcək:
"Biz müxalifətdən olan həmkarlarımızı inandırmağa çalışacağıq ki, bu, çox mühüm və prinsipial məsələdir. Əgər alınmasa, başqa ssenarilərə, o cümlədən növbədənkənar seçkilərə üz tutacağıq. Kim deyir ki, belə bir ssenari istisna olunur?"
Ermənistanın hökumət başçısı vətəndaşlar qarşısında sülh müqaviləsinin imzalanması və Konstitusiyanın dəyişdirilməsi ilə bağlı öhdəliklərinin olduğunu bəyan edib.