"Parisdə iğtişaşlar can almaqda davam edir: İkinci ölüm faktı qeydə alındı"

Parisdə keçirilən kütləvi etiraz aksiyaları zamanı ikinci ölüm faktı qeydə alınıb.

Konsensus.az xəbər verir ki, "Le Parisien" nəşrinə istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan xəbər rəsmi təsdiqini tapıb. İnsident Fransa paytaxtının 1-ci dairəsində, Şatle rayonunun Sen-Deni küçəsində baş verib.

Məlumata əsasən, nümayişçilərin arasında huşunu itirən bir kişi ürək və tənəffüs dayanmasından vəfat edib. Hələlik həmin şəxsin polis əməkdaşlarının müdaxiləsi nəticəsində öldüyünə dair heç bir sübut aşkar edilməyib.

Qeyd edək ki, bundan əvvəl Fransanın Baş naziri Sebastyan Lekornyu ölkədəki iğtişaşlarla bağlı keçirilən böhran qərargahının iclasından sonra departament prefektlərinə bir sıra bölgələrdə komendant saatı tətbiq etmək tapşırığı verib.

19.10.2026 13:00