
ABŞ ordusu Hörmüz boğazı regionunda İrana qarşı yeni hava və raket zərbələrinə başlayıb.
Konsensus.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi bəyanat yayıb.
"ABŞ Mərkəzi Komandanlığına tabe olan qüvvələr İranın Hörmüz boğazındakı ticarət gəmilərinə hücum etmək potensialını sıradan çıxarmaq və bu hərbi imkanları minimuma endirmək məqsədilə yeni zərbələr dalğasına start verib", — deyə rəsmi açıqlamada qeyd olunub.
Hərbi əməliyyatın ABŞ-nin Şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 23:00-da) başladığı bildirilir.