Prezident İlham Əliyev: "İslam dünyasına qarşı elan olunmamış müharibə gedir"

Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir".

Konsensus.az istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Bakıda görkəmli azərbaycanlı alim-mütəfəkkir Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları ilə görüşündə səsləndirib.

"Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs Qurani-Kərimə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi!", - deyə dövlətimizin başçısı vurğulayıb.

15.09.2026 14:52