Prezidentin sərəncamı ilə Fərhad Məmmədov yeni vəzifəyə təyin edildi

Tanınmış politoloq Fərhad Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavini təyin edilib

Konsensus.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fərid Şəfiyev mərkəzin İdarə Heyətinin sədri təyin edilib. Ölkə başçısının digər sərəncamları ilə qurumun İdarə Heyətinin sədrinə üç müavin təyin olunub.

Təyinatlara əsasən, Fərhad Məmmədovla yanaşı, Cavid Vəliyev və Gülşən Paşayeva da İdarə Heyətinin sədrinin müavini vəzifələrini icra edəcəklər.

Qeyd edək ki, Fərhad Məmmədov 2012-2018-ci illərdə Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru olaraq çalışıb.

11.09.2026 13:00