
9 iyun 2026-cı il tarixində AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifov QHT-lərin maliyyələşdirilməsi məsələlərinə həsr olunmuş görüşdə iştirak edib.
Konsensus.az xəbər verir ki, görüş zamanı Qlobal Fond tərəfindən dəstəklənən QHT-lərin seçim mexanizminin yenilənməsi, maliyyələşdirmə prosesində tətbiq olunan yanaşmalar və satınalma prosedurlarının ləğvindən sonra yaranan nəticələr ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə İİV və vərəm üzrə xidmətlərin fasiləsizliyinin təmin edilməsi, QHT-lərin seçim və maliyyələşdirmə proseslərinin şəffaf və səmərəli təşkili, eləcə də icma əsaslı fəaliyyətlərin uzunmüddətli davamlılığının qorunmasının əhəmiyyəti vurğulanıb.
AİDS-lə Mübarizə İctimai Birliyi İİV və antinarkomaniya istiqamətində icma əsaslı xidmətlərin əlçatanlığının artırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı fəaliyyət mexanizmlərinin formalaşdırılması məqsədilə tərəfdaşlarla əməkdaşlığı və konstruktiv dialoqu davam etdirir.
Birlik hesab edir ki, QHT-lərin proseslərə fəal cəlb olunması, şəffaf maliyyələşdirmə mexanizmlərinin tətbiqi və xidmətlərin davamlılığının təmin edilməsi İİV və vərəmə qarşı mübarizədə mühüm əhəmiyyət daşıyır.