Qlobal bazarlarda neft yenidən bahalaşır

Yaxın Şərqdə münaqişənin yenidən alovlanması neftin getdikcə bahalaşmasına gətirib çıxarıb.

konsensus.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.76 dollar (0.97%) artaraq bir barel üçün 78.78 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 3.86 dollar (5.20%) artaraq bir barel üçün 78.02 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 0.71 dollar (0.97%) artaraq bir barel üçün 74.23 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 3.08 dollar (4.37%) artaraq bir barel üçün 73.52 dollara satılmışdı.

09.07.2026 07:16