
Rəqəmsal dövlətin formalaşdırılması prosesində cəmiyyətin monitorinqi, sosial fenomenlərin analitik metodlarla öyrənilməsi və proqnozlardan irəli gələn strateji qərarların qəbulu dövlət orqanlarının funksional vəzifələrinə daxildir. "Big data", bulud arxitekturası, əşyaların interneti və süni intellekt texnologiyalarının tətbiqi mövcud hüquqi baza çərçivəsində vətəndaşyönümlü informasiya ehtiyatlarının yaradılmasını və dövlət idarəçiliyinin optimallaşdırılması məqsədilə onların effektiv idarə olunmasını təmin edir.
Bu barədə “Konsensus”-a fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bildirib ki, rəqəmsal dövlət yalnız texnoloji model deyil, eyni zamanda, sosial, hüquqi və digər aspektləri özündə birləşdirən mürəkkəb idarəetmə sistemidir. XXI əsrdə rəqəmsallaşma proseslərinin sürətlənməsi cəmiyyətdə şəffaflığı artırır, müxtəlif sahələr üzrə məlumatların toplanması və təhlili dövlət idarəçiliyində yeni imkanlar yaradır, effektiv idarəetmə mexanizmlərini formalaşdırır. Belə ki, rəqəmsal dövlətin və süni intellektin imkanları ayrı-ayrı vətəndaşların pozitiv və neqativ fəaliyyətini xarakterizə edən göstəricilər əsasında onların sosial kreditlərini qiymətləndirməyə, həmçinin bütövlükdə cəmiyyətin sosioqrammasını formalaşdırmağa imkan verir. Bu sosioqrammadan və fərdlərin sosial kreditlərinin qiymətlərindən istifadə etmək fərdlərin və cəmiyyətin sosial kapitalını, güclü və zəif tərəflərini, vətəndaş məmnunluğunu və məsuliyyətini müəyyənləşdirmək üçün geniş perspektivlər açır. XXI əsrdə rəqəmsallaşma proseslərinin sürətlənməsi cəmiyyətdə şəffaflığı artırır, müxtəlif sahələr üzrə məlumatların toplanması və təhlili dövlət idarəçiliyində yeni imkanlar yaradır, effektiv idarəetmə mexanizmlərini formalaşdırır. Belə ki, rəqəmsal dövlətin və süni intellektin imkanları ayrı-ayrı vətəndaşların pozitiv və neqativ fəaliyyətini xarakterizə edən göstəricilər əsasında onların sosial kreditlərini qiymətləndirməyə, həmçinin bütövlükdə cəmiyyətin sosioqrammasını formalaşdırmağa imkan verir. Bu sosioqrammadan və fərdlərin sosial kreditlərinin qiymətlərindən istifadə etmək fərdlərin və cəmiyyətin sosial kapitalını, güclü və zəif tərəflərini, vətəndaş məmnunluğunu və məsuliyyətini müəyyənləşdirmək üçün geniş perspektivlər açır. Rəqəmsal dövlətin sosial kapitalı nə qədər yüksək olarsa, həmin cəmiyyət də bir o qədər intellektual, dayanıqlı və güclü olar.
Alim bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal dövlət quruculuğu, yeni rəqəmsal arxitekturanın formalaşdırılması, eləcə də ölkəmizin kibersuverenliyi və kibertəhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərinə çevrilib. Sosial idarəetmənin optimallaşdırılması, cəmiyyətin hərtərəfli inkişafının təmin edilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsi rəqəmsal dövlətin əsas məqsədlərindəndir.