
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu növbəti dəfə futbol tarixinin ən güclü oyunçusu olduğuna əminliyini ifadə edib.
Konsensus.az xəbər verir ki, təcrübəli hücumçu bu barədə "CNN Portugal" kanalına müsahibəsində bildirib.
"Tarixin ən yaxşısı mənəm və nöqtə", – deyə Ronaldu qətiyyətlə vurğulayıb.
Şəxsi göstəricilərinə və nailiyyətlərinə güvənən ulduz futbolçu özündən daha üstün bir oyunçu tanımadığını deyib. O, Lionel Messi ilə uzun illər davam edən rəqabətini "Formula-1"in efsanələri Ayrton Senna və Alen Prost arasındakı tarixi gərginliklə müqayisə edib.
Qeyd edək ki, portuqaliyalı hücumçu karyerası ərzində tarixi bir həddə çatmağı hədəfləyir. Hazırda rəsmi matçlarda 980 qola imza atan futbolçu bu göstəricini 1000-ə çatdırmaq əzmindədir.