Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ-nin İrana qarşı quru əməliyyatına hazırlıq görür

ABŞ-li yazıçı və hərbi analitik Brandon Vayxert Səudiyyə Ərəbistanının Yəməndəki husilərə qarşı son hərbi fəallığı ilə bağlı mühüm iddia irəli sürüb. Konsensus.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampın yaxın vaxtlarda İrana qarşı genişmiqyaslı quru əməliyyatına başlayacağını proqnozlaşdırır və ölkəsini buna hazırlayır.

Vayxertin sözlərinə görə, Vaşinqtonun Tehrana qarşı hücuma keçəcəyi təqdirdə, İranın proksi qüvvəsi olan husilər (Ənsarullah hərəkatı) mütləq şəkildə Səudiyyə Ərəbistanının ərazisini hədəf alacaqlar.

Məhz bu səbəbdən vəliəhdi şahzadə Ağ Evin planlaşdırdığı bu böyük hərbi ssenaridən öncə qabaqlayıcı addımlar atır. Səudiyyə tərəfi Yəməndəki qüvvələri indidən zərərsizləşdirməklə gələcək böhranda öz mövqelərini sığortalamağa və vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.

14.07.2026 20:04