Serbiya Prezidenti oktyabr seçkiləri öncəsi vəzifəsindən gedir

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 25-də və ya 26-da dövlət başçısı postundan istefa verəcəyini bəyan edib.

Konsensus.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı A.Vuçiçin jurnalistlərə açıqlamasına istinadən bilgi yayıb.

A.Vuçiç qərarını Nyu-York səfərindən sonraya planlaşdırdığını bildirib: “Mən Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefaya gedəcəyəm. Bu, sentyabrın 25-i və ya 26-sı olacaq”.

Dövlət başçısı bu adımı oktyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində sıravi vətəndaş kimi seçkiqabağı təşviqat kampaniyasına qoşulmaq istəyilə əsaslandırıb.

Xatırladaq ki, sentyabrın 9-da Aleksandr Vuçiç parlamentin buraxılması və oktyabrın 25-nə növbədənkənar parlament seçkilərinin təyin edilməsi barədə fərman imzalayıb.

11.09.2026 12:40