
“Çinin sədri Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi yaxşı haldır".
Konsensus.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Tramp Rusiya prezidentinin Çində qarşılanma mərasimini izlədiyini də vurğulayıb.
Qeyd edək ki, ABŞ preizdenti D. Tramp mayın 13-15-də Çinə səfər etmiş və Si Cinpinlə görüşmüşdü.