
Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın "KazMunayGas" Milli Şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenovla görüşüb.
Konsensus.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Neft Şirkəti (SOCAR) yayıb.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında enerji sektoru üzrə tərəfdaşlığın uğurlu inkişaf dinamikası yüksək qiymətləndirilib, SOCAR və "KazMunayGas" arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Tərəflər Azərbaycan ərazisindən tranzit keçməklə Qazaxıstan neftinin daşınması layihəsinin uğurla davam etdirildiyini vurğulayıb və bu istiqamətdə icra olunan cari işləri nəzərdən keçiriblər. Söhbət zamanı, həmçinin üçüncü ölkələrdə birgə investisiya imkanları və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.