
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyində təmsil olunan Mehmet Direk oğlu və qardaşı oğlu ilə birlikdə qəbiristanlıqda güllələnərək qətlə yetirilib.
Konsensus.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Hadisə Batman vilayətinin Güneykent məhəlləsində yerləşən şəhər qəbiristanlığında baş verib. Məlumata görə, naməlum şəxslər M.Direkə, onun oğlu Ercana və qardaşı oğlu Bekirə atəş açıblar. Hər üç şəxs aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Güllələnmədən dərhal sonra polis ərazini mühasirəyə alıb, qəbiristanlığa giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.
Hüquq-mühafizə orqanları cinayəti törədən şübhəli şəxslərin tutulması istiqamətində genişmiqyaslı əməliyyata başlayıb. İstintaqçılar müşahidə kameralarının görüntülərini təhlil edərək hücum edənlərin qaçış marşrutunu müəyyənləşdirirlər.
Hələlik cinayətin hansı motivlə törədildiyi barədə rəsmi açıqlama verilməyib.