Tbilisinin rəmzləri Azərbaycan bayrağının rənglərinə boyandı

28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə Gürcüstanın paytaxtı Tbilisidə möhtəşəm aksiya keçirilib. Şəhərin əsas rəmzlərindən sayılan televiziya qülləsi və Kür çayı üzərindəki piyada "Sülh körpüsü" Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Konsensus.az xəbər verir ki, axşam saatlarından etibarən hər iki tikili üçrəngli bayrağımızın – göy, qırmızı və yaşıl rənglərinə bürünüb.

Qeyd edək ki, Tbilisidə Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar bu addımın atılması artıq xoş bir ənənəyə çevrilib. (APA)

28.05.2026 17:18