Tehranda ilk yeraltı dayanacaq-sığınacağın tikintisinə başlanılıb

Tehran rəsmiləri paytaxtda ilk çoxfunksiyalı yeraltı dayanacaq-sığınacağın inşasına start veriblər.

Konsensus.az TASS-a istinadən məlumat verir ki, bu barədə Tehran meriyasının sözçüsü Əbdülmütəhhər Məhəmmədxani keçirdiyi brifinqdə bildirib.

Meriya rəsmisi qeyd edib ki, paytaxtda fəaliyyət göstərən bəzi mövcud avtoparkların da təhlükəsizlik sığınacaqlarına uyğunlaşdırılması nəzərdə tutulur:

"Tehranda sığınacaq tipli dayanacaqların inşasına artıq start verilib və yaxın həftələrdə ilk obyekti istifadəyə verməyi planlaşdırırıq. Bununla yanaşı, bəzi mövcud avtoparklar da lazımi standartlara çatdırılması üçün yenidən qurulacaq. Müvafiq dəyişikliklərdən sonra həmin məkanlar sığınacaq kimi fəaliyyət göstərmək potensialına malik olacaq".

08.06.2026 11:00