Tramp: "ABŞ gizli əməliyyatla İrana məxsus milyonlarla barel nefti ələ keçirib"

"ABŞ gizli əməliyyatlar nəticəsində milyonlarla barel İran neftini ələ keçirib".

Konsensus.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərlə söhbəti zamanı danışıb.

"Bilirsinizmi ki, biz milyonlarla barel neft götürmüşük? Bunu heç kim bilmir. İran da indiyədək bundan xəbərsiz idi. Bu yaxınlarda gecə vaxtı 22 gəmini ələ keçirdik. Onların həmin ərazidə radarı yox idi, çünki biz onu darmadağın etmişdik. Neftin bir barelinin 85 dollar olmasının səbəbi də budur", - deyə ABŞ prezidenti bildirib.

Tramp vurğulayıb ki, ABŞ hər gecə milyonlarla barel neft götürüb.

"Mən bunu ilk dəfə indi açıqlayıram. Biz milyonlarla barel neft götürürdük. Hər gecə. İndi bunu ona görə deyirəm ki, onlar artıq nə baş verdiyini anlayıblar", - deyə o əlavə edib.

ABŞ prezidenti səsləndirdiyi iddialarla bağlı əlavə təfərrüat təqdim etməyib.

10.06.2026 16:30