Tramp İranın Xark adasına quru əməliyyatı barədə: "Bunu edəcəyəm"

ABŞ Prezidenti Donald Tramp İranın strateji əhəmiyyətli Xark adasına quru qoşunlarının yeridilməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən bu addımı atacağını təsdiqləyib.

Konsensus.az xəbər verir ki, ABŞ-nin aparıcı media qurumlarına istinadən xəbər verir..."

"Bunu edəcəyəm", — deyə Ağ Ev rəhbəri qətiyyətlə bildirib.

Qeyd edək ki, Xark adası İranın neft ixracının böyük hissəsini həyata keçirdiyi ən mühüm terminal platforması hesab olunur və ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası fonunda bu bəyanat regionda gərginliyi daha da pik həddə çatdırıb.

14.07.2026 22:20