Tramp SEPAH-a qarşı ağır zərbələr endirilməsi barədə göstəriş verib

ABŞ Prezidenti Donald Trampın son bir neçə saat ərzində İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinə qarşı bir sıra yüksək riskli hərbi əməliyyatların həyata keçirilməsi barədə göstəriş verdiyi iddia olunur. Konsensus.az -ın məlumatına görə bu barədə Fox News ABŞ Müdafiə Nazirliyinin rəsmisinə istinadən xəbər verib.

Məlumata görə, söhbət SEPAH-ın müxtəlif obyekt və qüvvələrini hədəf alan ölümcül zərbələrdən gedir.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisi bəyan edib ki, İrana qarşı tammiqyaslı müharibəyə hazırıq.

01.08.2026 16:45