Tramp Venesuallanı 51-ci ştat adlandırdı

ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında Venesuelanı ABŞ-ın "51-ci ştatı" kimi təsvir edən görüntü paylaşıb. Konsensus.az xəbər verir ki, bu paylaşım Trampın Venesuela ilə bağlı son açıqlamalarının davamı kimi qiymətləndirilir.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Venesuela neftinin satışından "milyardlarla və milyardlarla dollar" gəlir əldə edir. O, həmçinin Venesuelanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ideyasını "ciddi şəkildə nəzərdən keçirdiyini" söyləmişdi. Bu açıqlamalar Karakas tərəfindən qəti şəkildə rədd edilib və ölkə rəhbərliyi Venesuelanın suverenliyinin müzakirə mövzusu olmadığını vurğulayıb.

02.08.2026 13:00