
İngiltərənin "Aston Villa" komandası UEFA Avropa Liqasının finalında Almaniyanın "Frayburq" klubunu məğlub edərək yarışmanın qalibi adını qazanıb.
Konsensus.az xəbər verir ki, oyun ingilis klubunun 3:0 hesablı qəti qələbəsi ilə bitib.
Qolları Yuri Tilemans, Emiliano Buendia və Morqan Rocers vurub.
Qeyd edək ki, final görüşü Türkiyənin İstanbul şəhərində təşkil olunub.