
İyunun 5-i gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları həyata keçirilib.
Konsensus.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) komandanı, "Madyar" ləqəbli Robert Brovdi Azov dənizi akvatoriyasında gəmilərə zərbələr endirildiyini təsdiqləyib. Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, Azov dənizində göyərtəsində 25 ölkə vətəndaşının olduğu iki yük gəmisi pilotsuz aparatlar tərəfindən hücuma məruz qalıb, onlardan beşi həlak olub.
Özünün "Telegram" kanalında Brovdi bildirib ki, USQ-nin PSQ qüvvələri Azov dənizinin şimal sahilindəki limanlarda yük gəmilərinə zərbələr endirib.