
Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Azərbaycanın iqtisadi müstəqilliyinə və maliyyə strategiyasına toxunub.
Konsensus.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, aparıcı beynəlxalq agentliklərdə ölkəmizin reytinqi ildən-ilə artır və artıq investisiya dərəcəli reytinqə sahibik. Uğurlu strategiya nəticəsində xarici borcun əhəmiyyətli dərəcədə azaldıldığını vurğulayan Prezident qeyd edib ki, bu gün Azərbaycanın xarici borcu ümumi daxili məhsulun (ÜDM) təqribən 6 faizindən bir qədər çoxdur və bu, dünyada ən aşağı göstəricilərdəndir.
Dövlət başçısı həmçinin əlavə edib ki, toplanan strateji valyuta ehtiyatları ölkənin xarici borcunu 18 dəfədən çox üstələyir və bu maliyyə sərbəstliyi Azərbaycanı beynəlxalq maliyyə institutlarından tamamilə asılımsız edir.