Yaponiyada ayı hücumu: 4 yaralı

Yaponiyanın Fukuşima şəhərində ayı zavod ərazisinə girərək eyni anda dörd nəfərə hücum edib və sonra qaçıb.

Konsensus.az xəbər verir ki, bu barədə "The Mainichi" məlumat yayıb.

Məlumata görə, ilk hücum səhər saatlarında metallurgiya zavodunun ərazisində baş verib. Yırtıcı yaşayış sahəsinə keçməzdən əvvəl iki işçiyə hücum edib. Bundan sonra ayı yaşlı bir qadını evində, ofis binasında isə başqa adamı yaralayıb.

Bütün zərərçəkənlər xəstəxanaya aparılıblar. Təcili yardım xidmətlərinin məlumatına görə, xəsarət alanların həyati təhlükəsi yoxdur.

Yerli polislər hesab edirlər ki, ayı hələ də şəhər ərazisindədir.

Vəhşi heyvanın hücumları barədə məlumatlardan sonra yerli məktəblərdə dərslər ləğv edilib. Sakinlərə ehtiyatlı olmaq və tək gəzməkdən çəkinmək tövsiyə olunub.

02.06.2026 12:59