"2032-ci ilin sonunadək yaşıl enerji gücümüzü 8 giqavata çatdıracağıq" - İlham Əliyev

Bakı Enerji Həftəsində bərpaolunan enerji sahəsindəki hədəflərə toxunan Prezident İlham Əliyev Azərbaycanın yaşıl gündəliyinə dair mühüm anonslar verib.

Konsensus.az xəbər verir ki, dövlət başçısı gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ölkənin ümumi gücünün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılacağını bildirib. Eyni zamanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda fəal inkişaf etdirilən hidroenerji potensialı sayəsində artıq 300 meqavatdan çox gücün istifadəyə verildiyi vurğulanıb.

Prezident İlham Əliyev Azərbaycanın ixrac imkanlarını genişləndirəcək qlobal kabel layihələri barədə də məlumat verib. O, Azərbaycanı Gürcüstan, Rumıniya və Macarıstanla birləşdirəcək "Qara dəniz Enerji Kabeli" layihəsinin texniki-iqtisadi əsaslandırılmasının yekunlaşmaq üzrə olduğunu, həmçinin Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizindən keçəcək yaşıl enerji kabeli üzərində fəal iş aparıldığını bəyan edib.

01.06.2026 12:34