
ABŞ-ın İranla 40 günlük müharibəsi müddətində Yaxın Şərqdəki bazalarında ən azı 228 obyektin dağıdıldığı bildirilir.
Konsensus.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti peyk görüntüləri üzərində apardığı analizlərə əsasən yazıb. Məlumatda bildirilir ki, müharibənin başlanmasından bəri İran hava hücumları sayəsində ABŞ hərbi qüvvələrinin istifadə etdiyi bazalarda və ya obyektlərdə ən azı 228 tikilini dağıda və ya zədələyə bilib.
Bu hücumların təyyarə anqarlarını, kazarmaları, yanacaq anbarlarını, hava vasitələrini, həmçinin kritik radar, rabitə və hava müdafiə avadanlıqlarını hədəf aldığı qeyd olunur.
Qəzet vurğulayır ki, dağıntının miqyası ABŞ hökumətinin təsdiqlədiyindən və ya əvvəllər açıqlanan rəqəmlərdən daha böyükdür.