
ABŞ Hörmüz boğazında ticarət gəmisinə SEPAH-ın hücumlarına cavab olaraq İranın cənubuna qarşı silsilə zərbələr endirib.
Konsensus.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"ABŞ-nin zərbələri Hörmüz boğazından keçən üç kommersiya gəmisinə İran tərəfindən edilən hücumlara cavab xarakteri daşıyır. Komandanlıq İranın bu hərəkətlərini əsassız və atəşkəs rejiminin pozulması kimi qiymətləndirib" , - deyə məlumatda vurğulanır.
İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, ölkənin Sirik bölgəsində yeddi güclü partlayış səsi eşidilib.
CENTCOM-un bəyanatında deyilir: "ABŞ ordusunun Mərkəzi Komandanlığına məxsus qüvvələr İran ərazisində 80-dən çox hədəfi yüksək dəqiqlikli silahlarla vurmaqla İrana qarşı yeni hücumlar silsiləsini həyata keçiriblər".