ABŞ İsraili qorumaq üçün raket ehtiyatının böyük bir hissəsini xərcləyib

ABŞ Müharibə Nazirliyi (Pentaqon) İranla 40 günlük müharibədəki hərbi əməliyyatlar zamanı İsraili qorumaq üçün özünün qabaqcıl raket-əleyhinə (interseptor) raket ehtiyatının böyük bir hissəsini xərcləyib.

Konsensus.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat verib.

Əməliyyatlar zamanı ABŞ Silahlı Qüvvələrinin ümumi ehtiyatının təxminən yarısını təşkil edən 200-dən çox THAAD raket-əleyhinə raket sistemi, həmçinin dəniz bazalı 100-dən çox SM-3 və SM-6 raket-əleyhinə raketləri buraxılıb.
Müqayisə üçün qeyd edək ki, eyni dövrdə İsrail 100-dən az "Arrow" və təxminən 90 "David’s Sling" (Davudun sapandı) raket-əleyhinə raketi atıb.
“Döyüş əməliyyatları yenidən başlayarsa, İsrail Ordusunun (SAXAL) bəzi sistemlərinin texniki təmirə cəlb edilməsi səbəbindən bu qıtlıq daha da kəskinləşə bilər”.-deyə, nəşr yazır.

21.05.2026 20:26