
Ərəb dilli media resurslarında İran və ABŞ arasında gərginliyi artıracaq iddialar yayılıb.
Konsensus.az xəbər verir ki, Küveytdə yerləşən və İrana qarşı genişmiqyaslı hücumlara hazırlaşdığı irəli sürülən ABŞ Silahlı Qüvvələrinin 142-ci artilleriya alayının qərargahı İran tərəfindən raket atəşinə tutulub.
Yaxın Şərq mənbələri sözügedən hərbi hissənin İrana qarşı ağır zərbələr endirmək məqsədilə bölgədə yerləşdirildiyini iddia edir. Hücumun nəticələri, xəsarət alanların olub-olmaması və rəsmi tərəflərin hadisəyə reaksiyası barədə hələlik dəqiq məlumat verilmir.
Qeyd edək ki, tərəflərdən mövzu ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.