
ABŞ-nin milli kəşfiyyat qurumunun rəhbəri Tulsi Qabbard həyat yoldaşının ağır xəstəliyi səbəbindən istefa verdiyini açıqlayıb.
Konsensus.az" Fox News"a istinadən xəbər verir ki, o bu barədə ABŞ Prezidentinə göndərdiyi rəsmi məktubda bildirilib.
T.Qabbard əri Abrahamda nadir sümük xərçəng xəstəliyi olduğunu və müalicəsi zamanı ona dəstək olmaq üçün dövlət qulluğundan ayrılmaq qərarına gəldiyini bəyan edib.
Məlumatda qeyd olunur ki, T.Qabbardın son iş günü iyunun 30-na qədərdir.