
ABŞ-nin aparıcı televiziya kanalları — "FOX News", "ABC News", "CBS News", CNN və "NBC News" Birləşmiş Ştatların Prezidenti Donald Trampla bağlı tədbirlərin işıqlandırılmasını dayandırmaq barədə ortaq qərar qəbul ediblər.
Xəbər verilir ki, bu addım Tramp administrasiyasının CNN, "MS NOW" və "Politico" nəşrlərinin Ağ Evə girişinə qadağa qoymasından sonra atılıb. Administrasiya sözügedən media qurumlarını "saxta xəbərlər" yaymaqda ittiham edib.
Prezident pulunun (pool) üzvləri tərəfindən yayımlanan birgə bəyanatda vurğulanıb ki, ictimaiyyətin öz hökuməti barədə dəqiq və müstəqil məlumat əldə etməsi həyati əhəmiyyət daşıyır. Qeyd olunub ki, heç bir administrasiya xəbərlərin işıqlandırılma tərzini bəyənmədiyi üçün media qurumlarının fəaliyyətini məhdudlaşdırmamalıdır.