
Amerikanın Fars körfəzində daimi hərbi mövcudluğu artıq nə strateji, nə də iqtisadi baxımdan davamlı deyil.
Konsensus.az xəbər verir ki, bu barədə “The National Interest” jurnalında yayımlanan yeni məqalədə bildiriir.
Məqalədə vurğulanır ki, Amerika bazaları artıq müdafiəsiz hədəflərə çevrilib və İrana qarşı təzyiq siyasəti Tehranın çəkindirici potensialını məhv edə bilməyib.
Müəllif ABŞ-nin artan borclarına, hərbi gücünün zəifləməsinə və qlobal balansın dəyişməsinə diqqət çəkərək Vaşinqtonun genişmiqyaslı hərbi mövcudluq əvəzinə diplomatiya və bölgədə daha məhdud iştirak siyasətinə keçməsini təklif edir.
İran da öz növbəsində açıq şəkildə ABŞ-nin Qərbi Asiyadan tamamilə çıxmalı olduğunu bildirir.
Məqalədə həmçinin vurğulanır ki, bölgə ölkələri təhlükəsizlik və regional balans məsuliyyətini öz üzərlərinə götürməlidirlər.
Sadə dillə desək, ABŞ artıq bölgədə qala bilmir və indi özünü və Amerika ictimaiyyətini bölgədən çıxmağa hazırlayır. Məğlub “Yankee”lərin dilində buna “şərəfli çıxış” deyilir.