ABŞ-nin Qətərdəki strateji hərbi bazası vuruldu

İran Silahlı Qüvvələri Qətərdə yerləşən ABŞ-nin "Əl-Udeyd" hərbi bazasına ağır zərbələr endirib. Hücum nəticəsində bazanın radiolokasiya sistemi (RLS) və bir neçə havada yanacaqdolduran strateji təyyarəsi məhv edilib.

Konsensus.az-ın məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti rəsmi bəyanat yayıb.

"Ötən gecə SEPAH-ın Hava-Kosmik Qüvvələri tərəfindən həyata keçirilən qisas əməliyyatının davamı olaraq, 'Nəsr 2' əməliyyatının 15-ci mərhələsi çərçivəsində ABŞ-nin Qətərdəki 'Əl-Udeyd' aviabazasına güclü və qəfil hücum təşkil olunub", - deyə məlumatda bildirilir.

Rəsmi bəyanatda həmçinin qeyd olunub ki, gerçəkləşdirilən zərbələr nəticəsində bir RLS və ABŞ-nin bir neçə strateji yanacaqdolduran təyyarəsi tamamilə sıradan çıxarılıb, digər bir sıra hərbi təyyarələrə isə ağır ziyan dəyib.

17.07.2026 10:05