ABŞ və İran arasında gərginlik pik həddə: "Onları yerlə yeksan edəcəyik"

Vaşinqtonla razılıq əldə olunmayacağı təqdirdə, ABŞ iyunun 12-nə keçən gecə İrana sarsıdıcı zərbələr endirəcək.

Konsensus.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalının efirində bəyanat verib.

"Biz sabah gecə onları yerlə yeksan edəcəyik", — deyə Ağ Ev rəhbəri vurğulayıb.

"Axios" nəşrinin yazdığına görə, Tramp öz administrasiyasının rəsmilərinə Tehranın danışıqlar prosesində Birləşmiş Ştatlarla "uşaq kimi oynadığını" bildirib.

İyunun 11-nə keçən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika ordusunun İrana qarşı əlavə zərbələr endirməyə başladığını hesabat verib.

Buna cavab olaraq Tehran Hörmüz boğazını neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla, bütün növ dəniz nəqliyyatının keçidi üçün bağladığını elan edib. İranın hərbi rəhbərliyi xəbərdarlıq edib ki, Hörmüz boğazından keçməyə cəhd edən hər bir gəmi birbaşa hədəfə alınacaq, boğaza yaxınlaşmaq ABŞ və müttəfiqləri ilə əməkdaşlıq kimi qiymətləndiriləcək.

Bununla yanaşı, İran rəhbərliyi Yaxın Şərq regionunda ABŞ-nin maraqlarına və hərbi obyektlərinə zərbələr endirəcəyi ilə bağlı Vaşinqtona açıq hədə-qorxu gəlib.

11.06.2026 06:09