
Qətərin paytaxtı Doha şəhərində ABŞ və İran nümayəndə heyətləri arasında ev sahibinin vasitəçiliyi ilə dolayı danışıqlar başlanıb.
Konsensus.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ nümayəndə heyəti artıq Qətər təmsilçiləri ilə məsləhətləşmələrə başlayıb.
Eyni zamanda "Reuters" agentliyi yüksəkvəzifəli İran rəsmisinə istinadən bildirib ki, Vaşinqton və Tehran arasında əmirliyin paytaxtında qurulan dolayı təmaslar iyunun 30-da axşam saatlarından etibarən davam edir.
Mənbə qeyd edib ki, İran tərəfi Qətər və Pakistan nümayəndələri ilə görüşlər keçirib, bu təmsilçilər isə daha sonra əldə edilən məlumatları ABŞ heyətinə ötürüblər.
Agentliyin həmsöhbəti vurğulayıb ki, bu gün də davam edən danışıqların əsas müzakirə mövzusu İranın dondurulmuş aktivləri və Hörmüz boğazı olub.