Ankarada Qafqaz İslam Ordusunun döyüşçülərinin xatirəsi anılacaq

Sentyabrın 15-də Türkiyənin paytaxtı Ankara şəhərində Qafqaz İslam Ordusunun fədakar döyüşçülərinin əziz xatirəsinə həsr olunan anım tədbiri təşkil ediləcək.

Konsensus.az xəbər verir ki, anım mərasimi Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilati dəstəyi ilə gerçəkləşəcək.

Tədbirdə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi heyətinin və məsul şəxslərinin də iştirakı gözlənilir.

Mərasim çərçivəsində 1918-ci ildə Bakını erməni daşnakları və bolşevik işğalından azad edərək tarixi zəfərə imza atan Qafqaz İslam Ordusunun keçdiyi şərəfli döyüş yolu və rolu barədə geniş məlumat təqdim olunacaq.

11.09.2026 11:10