Azərbaycanın alma ixracından gəliri 22% artıb

Azərbaycandan bu ilin yanvar-aprel aylarında 32,5 milyon ABŞ dolları məbləğində 40,7 min ton alma ixrac edilib.

Konsensus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə dəyər ifadəsində 22,5% çoxdur.

\Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 26,5 milyon ABŞ dolları dəyərində 38,7 min ton alma ixrac edib.

18.05.2026 11:19