Azərbaycan nümayəndəsi Qlobal Cənub QHT Platformasının Baş katibi seçilib

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasında (GSNP) yeni rəhbər heyət seçilib.

Konsensus.az xəbər verir ki, Azərbaycan təmsilçisi Fuad Kərimli GSNP-nin Baş katibi vəzifəsinə seçilib. O, əvvəllər də platformanın Katibliyində fəaliyyət göstərib və bu seçki ilə təşkilata növbəti 5 il ərzində rəhbərlik edəcək.

Eyni zamanda regionlar üzrə müavinlər də müəyyənləşib:

Afrika regionu üzrə Mithika Mwenda
Asiya regionu üzrə Bobur Bekmurodov
Latın Amerikası regionu üzrə Luis Gallegos
Sakit okean regionu üzrə Cecile Guidote-Alvarez

Seçkilər Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçirilib və Qlobal Cənub ölkələri arasında QHT əməkdaşlığının gücləndirilməsini hədəfləyir.

14.05.2026 09:12