Azərbaycan və Ekvador arasında viza rejimində dəyişiklik

Azərbaycan və Ekvador aralarında viza tələblərindən azad edilməsi haqqında sazişi təsdiq ediblər.

Konsensus.az məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra saziş səsverməyə qoyularaq ratifikasiya edilib.

19.06.2026 06:00