Azərbaycan və Özbəkistan universitetləri arasında əlaqələrin perspektivləri müzakirə edilib

Azərbaycan və Özbəkistan arasında ali təhsil və elm sahəsində əməkdaşlıq müzakirə olunub

Elm və təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Rajabov ilə görüşüb.

"Report"un məlumatına görə, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Görüş zamanı ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, universitetlərarası tərəfdaşlıq və birgə layihələrin həyata keçirilməsi ətrafında səmərəli fikir müba

diləsi apardıq", — deyə Emin Əmrullayev qeyd edib.

19.05.2026 05:05