
Azərbaycanda mopedlərin dövlət qeydiyyatına alınması, texniki baxışdan keçirilməsi və sürücülük vəsiqəsinin verilməsi kimi xidmətlərə görə dövlət rüsumlarının tətbiq olunması planlaşdırılır.
Konsensus.az-ın məlumatına görə, bu yeniliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Sözügedən layihə, "Yol hərəkəti haqqında" qanunda 2025-ci il dekabrın 9-da edilmiş dəyişikliklərin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Təklif edilən dəyişikliklərə əsasən, moped sahibləri üçün aşağıdakı rüsumlar müəyyən edilir:
Göstərilən xidmətin növü rüsumun məbləği texniki baxış (illik, uçot göstəriciləri dəyişdirildikdə və ya alıcının tələbi ilə)15 manatNəqliyyat vasitəsinin qeydiyyatı (daimi və ya müvəqqəti uçota alınma/özgəninkiləşdirilmə)10 manatDövlət qeydiyyat nişanının (nömrənin) verilməsi 15 manat, qeydiyyat şəhadətnaməsinin verilməsi 30 manat, sürücülük vəsiqəsi üçün ilkin imtahanın qəbulu 40 manat, sürücülük vəsiqəsi üçün təkrar imtahanın qəbulu 20 manat, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 30 manat.
Yeni qanun layihəsində mopedlərin icbari sığortaya cəlb olunması da nəzərdə tutulur. Belə ki, dövlət qeydiyyatından keçmiş mopedlərin idarə edilməsi zamanı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası məcburi xarakter daşıyacaq.