Bakıda məsciddə başlayan yanğının qarşısı alınıb

Paytaxtın Köhnə Günəşli qəsəbəsi ərazisində yerləşən Mirtağı məscidində baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat verilib.

Konsensus.az xəbər verirki Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub", - deyə məlumatda qeyd olunub.

05.08.2026 18:10