
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması nəticəsində tərəflər 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər. Məlum olduğu kimi, imzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.
Belə ki, hazırda qatarların qiymətləri, marşrut və dayanacaq xəttləri ilə yanaşı eyni zamanda ümumi görünüşü və komfort parametrləri də sərnişinlər üçün maraq doğurur.
Konsensus.az xəbər verir ki, Bakı-Tbilisi-Bakı reysləri İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan sərnişin qatarı ilə həyata keçiriləcək və qatarda yataq tipli vaqonlar və restoran fəaliyyət göstərəcək.
Ümumilikdə qatarla bir istiqamətə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub.
Qeyd edək ki, hələ 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub.
Rüfət S.

