
Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərindən biri hesab edir.
Konsensus.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Dövlət başçısı müraciətində vurğulayıb ki, rəsmi Bakı müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri üzrə dialoqun təşviqinə, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir.
Prezidentin sözlərinə görə, ənənəvi olaraq təşkil edilən Bakı Təhlükəsizlik Forumu da bu ali məqsədlərə xidmət edir. Tədbir tərəflər arasında konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və dövlətlərarası etimadın daha da möhkəmləndirilməsinə əlverişli şərait yaradır.