Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə keçirilib

Brüsseldə Belçika-Azərbaycan Forumunun ilk iclası təşkil olunub. Forum Belçikanın və Azərbaycanın ali təhsil, tədqiqat, mədəniyyət, humanitar, media, vətəndaş cəmiyyəti və dini qurumlarının, təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutub.

Konsensus.az xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar öz peşə sahələri və prioritetləri barədə danışıb, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd olunub ki, Belçika-Azərbaycan Forumu iki ölkənin ictimaiyyəti arasında əlaqələrin inkişafına həsr olunmuş təşəbbüsdür. Bu əlaqələrin əsas məqsədi iki ölkə arasında uzunmüddətli və sistemli əməkdaşlığın formalaşdırılması üçün zəmin yaratmaqdır.

İlk iclasın uğurla keçdiyini nəzərə alan Forum iştirakçıları növbəti iclasın cari ilin sonunda keçirilməsini qərara alıblar.

04.06.2026 12:50