COVID-19 ilə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına edilən əlavənin müddəti uzadılıb

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavənin verilmə müddəti 2026-cı ilin iyul ayınadək uzadılıb.

Qərarda bununla bağlı mövcud sənədə dəyişiklik edildiyi qeyd olunur.

Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.

14.05.2026 11:04