
Futbol üzrə 2026-cı il dünya çempionatında yarımfinal mərhələsinə start verilir. Avropanın iki nəhəng komandası — Fransa və İspaniya milliləri dünya kubokunun finalına vəsiqə qazanmaq üçün Şimali Amerikada qarşılaşacaqlar.
Konsensus.az məlumat verir ki, prinsipial oyun iyulun 14-də, Bakı vaxtı ilə saat 23:00-da ABŞ-nin Texas ştatındakı "Dallas Stadium"da keçiriləcək.
Didye Deşamın rəhbərlik etdiyi Fransa yığması 1/4 final mərhələsində turnirin sürpriz komandası Mərakeşi 2:0 hesabı ilə üstələyərək adını yarımfinala yazdırıb. Luis de la Fuentenin İspaniyası isə dramatik keçən rübək final oyununda Belçika maneəsini 2:1 hesabı ilə keçməyi bacarıb.
Bu qarşılaşma iki komanda arasında son illərdəki böyük rəqabətin növbəti mərhələsidir. İspaniya millisi Avro-2024-ün yarımfinalında və ötənilki UEFA Millətlər Liqasında "reallaşan" dueldə Fransanı məğlub etməyi bacarmışdı. Fransa millisi bu dəfə revanş almaq və tarixində növbəti dəfə dünya çempionu titulu uğrunda həlledici matça yüksəlmək niyyətindədir.
Qeyd edək ki, bu cütün qalibi dünya çempionatının finalında İngiltərə – Argentina qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Mundialın finalı isə iyulun 19-da baş tutacaq.